Bakıda partlayış olub

Bakıda partlayış olub
  19 Dekabr 2017    Oxunub:1955
Paytaxtda kafedə partlayış baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 150 m2 olan kafedə yanğınla nəticələnən partlayış baş verib.

Hadisə zamanı kafenin mətbəxinin qapı və pəncərəsi çərçivədən çıxıb, mətbəxdə qaz sobası, taxta rəflər və rəflərdə olan mətbəx əşyaları 18 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Kafe   Partlayış  





Xəbər lenti