Ağsuda iki uşağı maşın vurub

Ağsuda iki uşağı maşın vurub
  12 Dekabr 2017    Oxunub:2165
Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Ağsu   Piyada   Qəza   Uşaq  





Xəbər lenti