Paytaxtın bəzi yerlərində su olmayacaq

Paytaxtın bəzi yerlərində su olmayacaq
  12 Dekabr 2017    Oxunub:1401
Sabah paytaxtın bir sıra hissələrində su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar dekabrın 13-də gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti