Azadlıq prospektində hərəkət məhdudlaşdırılır

Azadlıq prospektində hərəkət məhdudlaşdırılır
  12 Dekabr 2017    Oxunub:1587
Bakıda Azadlıq prospektində hərəkət qısa müddətlik məhdudlaşdırılır.
"Azəravtoyol" ASC-dən AzVision.az-a verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah (13 dekabr) səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.

AzVision.az


Teqlər: Azəravtoyol   Təmir  





Xəbər lenti