Neft daşlarında neftçi qətlə yetirilib

Neft daşlarında neftçi qətlə yetirilib
  12 Dekabr 2017    Oxunub:4330
Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

AzVision.az


Teqlər: Hadisə   Ölüm   Neft-daşları  





Xəbər lenti