Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub

Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub
  12 Dekabr 2017    Oxunub:1292
Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub.
Bu barədə AzVision.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabr ayının 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07:45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

AzVision.az


Teqlər: Qatar   Bakı   Sumqayıt   ADY  





Xəbər lenti