Yevlaxda 13 yaşlı oğlanın evlənməsi ilə bağlı araşdırma aparılır

Yevlaxda 13 yaşlı oğlanın evlənməsi ilə bağlı araşdırma aparılır
  01 Dekabr 2017    Oxunub:2454
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yevlaxda 13 yaşlı oğlanla 14 yaşlı qızın evlənməsi barədə yayılan xəbərlərin araşdırılması üçün Yevlax rayon İcra Hakimiyyətinə müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.

Onun sözlərinə görə, bu barədə mətbuatda xəbər yayılan kimi araşdırmalara başlanılıb: “Yevlax rayon İcra Hakimiyyətindəki Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna məktub göndərilib. Onlar bu barədə araşdırma aparıb bzə ətraflı məlumat verəcəklər”.

İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Fəxrəddin Zeynalov bildirib ki, evlənənlərin qaraçı olduğu bildirildiyindən Yevlaxda qaraçıların toplum yaşadıqları əraziyə cavabdeh olan sahə müvəkkilləri ilə əlaqə saxlanılıb:

“Belə bir hadisə olarsa, o barədə sahə müvəkkillərinin xəbərləri olar. Onların heç birinin bu barədə məlumatı yoxdur”.

Bununla belə, F.Zeynalov qaraçılar arasında erkən nikaha daxil olma hallarının olduğunu da istisna etməyib:

“Məsələn, ötən il cinayət xarakterli bir hadisə olmuşdu. 16 yaşlı qız 2-ci uşağa hamilə olanda (1-ci uşağı Cəlilabadda dünyaya gəlib) bu barədə məlumat polis şöbəsinə daxil olmuşdu. Həmin uşaqların atası cinayət məsuliyyətinə cəlb olundu. Bəzən görürsən ki, 18-20 yaşlı qaraçı qızın 3 uşağı var. Qaraçıların uşaqlarının hamısı ev şəraitində doğulur".

AzVision.az


Teqlər: Yevlax   Komitə  





Xəbər lenti