Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma
  22 Noyabr 2017    Oxunub:6179
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla (Vanda) Rəsulzadənin məzarını tapması ilə bağlı məlumat yayıb. Bildirib ki, Esra məzarlığında Leyla Rəsulzadənin qəbrinin yerini bildirən qeydlər tapılıb.
Tarixçi-alim Nəsiman Yaqublu AzVision.az-a bildirib ki, Vanda Rəsulzadə 1974-cü ildə dünyasını dəyişib, Türkiyədə Əsri məzarlığının xristian bölməsində dəfn edilib.

"Sonradan həmin məzarlıq ləğv edilib. Ona görə də tək Leyla xanım deyil, digər xristianlara aid məzarların kimə məxsusluğu artıq bilinmir. Həmin məzar artıq yoxdur. Məlumatım bu qədərdir. Qəbrin həqiqətən Vanda xanıma aid olması ilə bağlı səfirlik, aidiyyatı qurumlar məşğul olmalıdır. Azərbaycan Cümhuriyyətinin 100 illiyində bununla bağlı araşdırma aparmaq olar”.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu məsələ ilə maraqlanacağını bildirib: “Qəbirlə əlaqəli məndə məlumat yoxdur. Rəsulzadə Vanda xanıma Leyla deyə müraciət edərdi. Həmin məzar ona aid ola bilər. Belə məlumat varsa, bunu öyrənmək maraqlı olar. Özüm məsələ ilə maraqlanacağam”.



Aytən Zəhra
AzVision.az


Teqlər: Rəsulzadə  





Xəbər lenti