ABŞ-ın 15 ştatı Trampı məhkəməyə verdi - (VİDEO)

ABŞ-ın 15 ştatı Trampı məhkəməyə verdi - (VİDEO)
  08 Sentyabr 2017    Oxunub:2761
ABŞ-ın 15 ştatı və Vaşinqton immiqrant uşaqların müdafiəsi proqramının ləğvinin qarşısını almağa cəhd etdiyi üçün prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş prokurorlar Nyu-York ştatının Bruklin Federal Məhkəməsində bununla bağlı iddia qaldırıblar.
Onların iddiasına görə, immiqrant uşaqlar üçün təxirə salınmış hərəkət proqramının ("Deferred Action for Childhood Arrivals" - DACA) ləğvi haqqında qərar konstitusiyaya ziddir. Çünki, o insanları lazımi məhkəmə təhqiqatında hüquqdan məhrum edir.

Eyni zamanda Nyu-York ştatının baş prokuroru Erik Şnayderman prezidenti meksikalılara və Latın Amerikası ölkələrinin vətəndaşlarına qarşı qərəzli münasibətdə ittiham edib.



Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti