“Türkiyə Ərdoğana görə Avropa İttifaqına üzv olmayacaq” - XİN rəhbəri (VİDEO)

“Türkiyə Ərdoğana görə Avropa İttifaqına üzv olmayacaq” - XİN rəhbəri (VİDEO)
  25 Avqust 2017    Oxunub:2980
"Ölkəyə Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdikcə, Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmayacaq"

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib.
Qabriel qeyd edib ki, bu Aİ-nin Türkiyəni istəməməsi anlamına gəlmir: “Lakin Türkiyə rəhbərliyi sürətlə Avropadan fərqli istiqamətdə hərəkət edir. Tamamilə aydındır ki, Türkiyə hazırki vəziyyətdə Aİ-nin üzvü olmayacaq”.

Daha əvvəl Avstriya XİN-in rəhbəri Sebastyan Kurts bəyan etmişdi ki, hazırkı prezidentlə Ankaranın Aİ-yə üzvlüyü 2023-cü ilə qədər mümkünsüzdür.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Almaniya   Ərdoğan    





Xəbər lenti