115-ci element tapıldı

115-ci element tapıldı
  10 Sentyabr 2013    Oxunub:1967
İsveçin Lund universitetinin araşdırmaçıları indiyə qədər naməlum olan kimyəvi element aşkarlayıblar. Yeni ifrat ağır element ad qoyulan kimi dövri cədvələ yerləşdriləcək və 115-ci xananı tutacaq.
Hələlik şərti olaraq “Unupentium” adlanan element Almaniyadakı GSI qurğusunda aparılan təcrübələr zamanı tapılıb. Onun varlığı hələ 2004-cü ildə fərziyyə kimi irəli sürülmüşdü. Amma indiyə qədər təcrübədə təsdiqlənməmişdi.

Elementi almaq üçün çox mürəkkəb eksperiment keçirmək lazım gəlib. Alimlər Amersium elementini kalsium ionları atəşinə tutublar. Nəticədə 115-ci elementin 30 atomunu əldə etmək mümkün olub. O, saniyənin cüzi bir hissəsi ərzində mövcud olub. Amma alfa-parçalanmanın izlərinə əsasən alimlər 115-ci elementin xüsusiyyətlərini müəyyənləşdirə biliblər.


Teqlər:





Xəbər lenti