“Rəqibimiz olduqca təhlükəlidir” - Qurban Qurbanov
Komandamızın baş məşqçi deyib: “Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm. Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir. Bu oyun da penaltilər seriyasınadək uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.
Xatırladaq ki, avqustun 1-də “Şerif” stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da başlanacaq. Bu komandalar arasında Bakıdakı ilk görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Sherif”lə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 45 yaşlı mütəxəssis məşqçi kimi yetmişinci Avrokubok görüşünə çıxacaq. (AzərTAc)
AzVision.az
Teqlər: Qarabağ Qurban-Qurbanov