Ermənistanda vəzifəli şəxsin ölümünü ailəsi təşkil edib - (VİDEO)

Ermənistanda vəzifəli şəxsin ölümünü ailəsi təşkil edib - (VİDEO)
  29 İyul 2017    Oxunub:10679
Ermənistanda meyiti tapılan Armavir vilayətinin qubernatorun müşavirinin qətlinin təfərrüatları məlum olub.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, polislərin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində Manuk Simonyanın cəsədi iyulun 25-i Myasnikan-Dalarik trasından 3 kilometr aralıda aşkarlanıb. Məlum olub ki, iyulun 22-si Manuk Simonyan evində olarkən istintaqla adı açıqlanmayan şəxs onun baş nahiyəsinə bir neçə dəfə balta ilə zərbə endirib. Simonyan aldığı zərəbələrdən hadisə yerində keçinib.

Daha sonra iyunun 23-ü təxminən gecə saatlarında keçmiş müşavirin ailə üzvləri mərhuma məxsus “Mercedes” markalı avtomobildə onun cəsədini Dalarik adlı dərəyə gətirib, daha sonra oradan uzaqlaşıblar. Hazırda istintaq işləri davam edir.

Qeyd edək ki, Armavir vilayətinin qubernatorunun müşaviri Manuka Simonyanın qətlində onun həyatı yoldaşı və oğlu şübhəli bilinir. İlkin məlumata görə, qətlin törədilməsinə səbəb ailə daxili münaqişə olub.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   qətl  





Xəbər lenti