Zəhrasız ilk gün: Alxanlıdan ürəkdağlayan görüntülər (VİDEO+FOTOLAR)

Zəhrasız ilk gün: Alxanlıdan ürəkdağlayan görüntülər (VİDEO+FOTOLAR)
  06 İyul 2017    Oxunub:54218
Əli qana bulanmış erməni işğalçıları Alxanlıda təxribat törətməklə təkcə 2 yaşlı Zəhranı qətlə yetirmədilər, onun valideynlərinin, doğmalarının ümidlərini, arzularını da öldürdülər.
Dünən sevinc dolu baxışlarla anasına boylanan, varlığı ilə atasına dünyalar bəxş edən Zəhra artıq həyatda yoxdur. O, ömrünün 18-ci ayında erməni vandalizminin qurbanı oldu.

Ölümü ilə hər kəsi dəhşətə gətirən Zəhradan geridə yalnız onun oyuncaqları və xatirələri qaldı...

AzVision.az-ın Alxanlıdan lentə aldığı yeni görüntüləri təqdim edirik:





































Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb. Hazırda ailədə yas mərasimi keçirilir.

Video/Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Alxanlı   Zəhra   Füzuli   Erməni   Təxribat  





Xəbər lenti