"Formula"da ən yüksək sürət Bakıda qeydə alınıb - CƏDVƏL
AzVision.az "f-1.az"-a istinadla xəbər verir ki, Bakı Şəhər Halqası hələ də ən sürətli şəhər trası statusunu saxlamaqdadır.
Arxada qalan 8 yarışdan sonra Bakıda göstərilən sürətlər yeni maşınlar arasında rekord olub. Yarışda qələbə qazanan Daniel Rikkardo bir gün əvvəl sıralanma turunun son sessiyasında qəza etsə də, bundan bir qədər əvvəl onun RB13-ü düzlükdə 356.3 km/saat sürət yığa bilib. Yarışın gedişində isə ən sürətli sürücü Valtteri Bottas olub – son metrlərdə ikinciliyə yüksəlməyi bacaran finlandiyalı sürücü bu il 354.4 km/saat sürətlə kifayətlənməli olub.
Mövsümün sonuna kimi bu sürətlər yalnız iki trasda yenilənə bilər – İtaliya və Meksika Qran Prilərini gözləməliyik…
Teqlər: #Formula-1