“Bu cür qəzalar Bakı üçün normaldır” – F1 pilotu

“Bu cür qəzalar Bakı üçün normaldır” – F1 pilotu
  23 İyun 2017    Oxunub:1779
"Döngəyə çox sərt şəkildə daxil oldum, sadəcə mümkün olanın sədlərini tapmaq istəyərdim"
AzVision.az xəbər verir ki, bunu "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü zamanı qəza törədən edən pilot Serxio Peres deyib.

Onun sözlərinə görə, bu cür qəzalar Bakı trası üçün normaldır.

"Üstünlük bundan ibarətdir ki, mən elə də çox vaxt itirmədim, təbii ki, indi hazırda bizdə hansı ehtiyat hissələrin olmasını araşdırmaq lazımdır. Lakin bu cür qəzalar Bakı trası üçün normal haldır”, - deyə Peres qeyd edib.

Qeyd edək ki, "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb. Qəza nəticəsində bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar.

Bolidin ərazidən götürülməsi üçün kran gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Formula-1  





Xəbər lenti