Pilotların ikinci sərbəst yürüşü keçirilir

Pilotların ikinci sərbəst yürüşü keçirilir
  23 İyun 2017    Oxunub:2057
"Formula 1" Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünə start verilib.
AzVision.az xəbər verir ki, saat 17:00-da başlayan yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

Sərbəst yürüşlərdə “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar.

“Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Daniil Kvayt və Karlos Sainz, “Sauber”də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti