Prosineçki Azərbaycandan gedir - Müqavilə ləğv ediləcək

Prosineçki Azərbaycandan gedir - Müqavilə ləğv ediləcək
  13 İyun 2017    Oxunub:2895
"Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib.
AzVision.az Qol.az-a istinadən xəbər verir ki, klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər arasında 2 illik ilkin razılaşma əldə olunub.

Xəbərdə Prosineçkinin meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşdüyü bildirilib. Görüş zamanı AFFA ona yeni müqavilə təklif etsə də, Prosineçki qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib.

Prosineçkinin sabah AFFA ilə ilin sonunadək olan müqaviləni ləğv edəcəyi və daha sonra Türkiyəyə getməyi planlaşdırdığı iddia edilib.

AzVision.az


Teqlər: Milli   Prosineçki   Bursaspor  





Xəbər lenti