Millimiz məğlub oldu - Yenilənib
Matçda yeganə qolu 92-ci dəqiqədə Şimali İrlandiyanın oyunçusu Dallas vurub.
***
Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan -Şimali İrlandiya oyunu başlayıb.
Oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edir. Ona həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edirlər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirir.
***
Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
AzVision.az xəbər verir ki, millimiz C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək. Beş oyundan sonra 7 xal toplayan yığmamız 4-cü yerdə qərarlaşıb. Komandamız bu oyunda xal qazanmağa çalışacaq.
Qeyd edək ki, Belfastda keçirilən ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olmuşdu.
DÇ-2018-in seçmə mərhələsi, C qrupu
10 iyun
20:00. Azərbaycan – Şimali İrlandiya
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
AzVision.az
Teqlər: Futbol Azərbaycan DÇ-2018