Britaniyadakı seçkilərin yekun nəticələri açıqlanıb - (VİDEO)

Britaniyadakı seçkilərin yekun nəticələri açıqlanıb - (VİDEO)
  10 İyun 2017    Oxunub:2244
Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrinə əsasən mühafizəkarlar 318, leyboristlər 262, Şotlandiya Milli Partiyası 35, Liberal Demokrat Partiyası 12, Demokratik Birlik Partiyasının 10, Uels Partiyası 3 və “Yaşıllar” partiyası 1 yer qazanıblar.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, protokolların 100% hesablanmasından sonra baş nazir Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında parlament çoxluğunu itirib.

Bu səbəbdən baş nazir parlamentdə 10 mandat qazanan Şimali İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya qurulacağını bildirib.



AzVision.az


Teqlər: Böyük-Britaniya   Seçki  





Xəbər lenti