Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı
  10 İyun 2017    Oxunub:2181
Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi oyunu üçün heyəti müəyyənləşib.
Millimizin baş məşqçisi Robert Prosineçki heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayevin yer alacağını bildirib.

Xatırladaq ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər: Futbol   Milli  





Xəbər lenti