“Xlor var, xlor!” deyən, Quran surəsini bilən tutuquşu - REPORTAJ (FOTOLAR+VİDEO)

“Xlor var, xlor!” deyən, Quran surəsini bilən tutuquşu -  REPORTAJ (FOTOLAR+VİDEO)
  08 İyun 2017    Oxunub:26958
Növbəti reportajımız ev quşları ilə bağlıdır. Paytaxtın "quş bazarı" kimi ad çıxaran "Təzə bazar"a üz tutaraq orada satılan quşlar, onların növləri, saxlanma şəraiti və satış qiymətləri ilə maraqlandıq.
Satıcılarla söhbətimiz əsasında məlum oldu ki, insanların ən yaxın dostuna çevrilən valnissi, korella, fişel, jaku, kakadu və aliksandrovskilərə təlabat var.



Satıcıların bildirdiyinə görə, karella və valnissilərə maraq digər quşlara nisbətən daha çoxdur. Müştərilər əksər hallarda "danışan" bülbüllərə də üstünlük verirlər.



Quşların qiyməti onların növündən, neçə aylıq olmasından asılı olaraq dəyişir. Məsələn, valnissiləri 10-15, korellaları 35-45, fişelləri 100, jakunu isə 700-800 manata almaq olar.

Quşların qida rasionuna darı, günəbaxan, yulaf daxildir. Kakadular, jakular isə banan, fıstıq, gilas yeməyi xoşlayırlar.

Söhbətimiz zamanı satıcılar bizə maraqlı bir məqamdan söz açdılar. Sən demə, tutuquşların yanında söz demək olmur. Çünki öyrəndiklərini bütün bazara car çəkirlər. Hətta "xlor var, xlor" - deyə özünə müştəri yığan jakuya da rast gəlmək olar.

Satıcılar hesab edirlər ki, onların danışmağı sahiblərinin öyrətməyindən asılıdır:

"Tutuquşu həvəskarları onlara daha çox öz adlarını, salam deməyi öyrədirlər. Hətta eləsi var ki, quran sürəsini bilir. Alimlərin fikrincə, bir jaku quşunda 5 yaşlı uşağın qavrayışı var".



Satıcıların narazı qaldıqları məqamlardan biri də Azərbaycanda orientoloqların, yəni - quş həkiminin olmamasıdır. Bu səbəbdən istər alıcılar, istərsə də satıcılar quşları yığdıqları təcrübə əsasında müalicə edirlər.

Qədim nağıllarımızın, əfsanələrimizin vazgeçilməz obrazlarından olan bu əsrarəngiz quşların yanından ayrılarkən onu da anladıq ki, onların səsləri nə qədər ruh oxşayan olsa da, naz-qəmzələrini çəkmək bir o qədər çətindir.























Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov,Bəxtiyar Məmmədov

AzVision.az

Qalereya




Teqlər: Təzə-Bazar   Tutuquşu  





Xəbər lenti