İran parlamentinə terror hücumu: 7 ölü - FOTO+VİDEO (YENİLƏNİB)

İran parlamentinə terror hücumu: 7 ölü - FOTO+VİDEO (YENİLƏNİB)
  07 İyun 2017    Oxunub:18684
İran xüsusi xidmət orqanlarının parlamentdə keçirdiyi əməliyyat nəticəsində 4 terrorçudan biri zərərsizləşdirilib.
AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, hazırda əməliyyat davam edir.





***

"Tasnim" xəbər agentliyinin məlumatına görə, parlamentdəki silahlı insident zamanı 7 nəfər ölüb, 4 nəfər isə girov götürülüb.

Təhlükəsizlik xidmətləri bu xəbəri hələ təsdiqləməyib.



***

İran İslam Respublikasının Milli Məclisində atışma baş verib.

AzVision.az xəbər verir ki, bu gün səhər saatlarında parlamentə daxil olan silahlı şəxslər mühafizəçiləri yaralayıb, bir neçə nəfəri girov götürüb. Baş verən qarşıdurmada təhlükəsizlik əməkdaşlarından 8-i yaralanıb. Atışmada yaralanan mühafizəçilərdən biri dünyasını dəyişib.



Tehran Millət Vəkili İlyas Həzrəti bildirib ki, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə Milli Məclisə hücum edib. Hücum edənlərin kimliyi bəlli deyil.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəsmisi Nəqəvi Hüseyni isə bildirib ki, hücum edən şəxslərdən biri tutulub. Digər 3 nəfər isə parlamentin mərtəbələrində atışmanı davam etdirir.

Qeyd edək ki, İranda dünən bir qrup etirazçı parlamentin önündə aksiya keçirib. Rəsmi xəbər agentliyinin məlumatına görə, etiraz edənlər Xəzər Finansal İnstitutuna pul yatıran müəllimlər olub.



***

İran İslam Respublikasının Milli Məclisində baş verənin atışmanın bəzi təfərrüatları məlum olub. AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında parlamentə daxil olan silahlı şəxs mühafizəçiləri yaralayıb, bir neçə nəfəri girov götürüb.

Baş verən qarşıdurmada təhlükəsizlik əməkdaşlarından biri ayağından vurulub.

Tehran Millət Vəkili İlyas Hezreti “İRİB” xəbər agentliyinə bildirib ki, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə Milli Məclisə hücum edib.

Hücum edənlərin kimliyi bəlli deyil.



***

İran parlamentində silah insident baş verib.

AzVision.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, atışma binada hazırda davam edir.

Məlumata görə, parlamentə 3 silahlı daxil olub. İnsident nəticəsində iki nəfərin yaralandığı bildirilir.

Silahlılar bir neçə nəfəri girov götürüb.

Qeyd edək ki, İranda dünən bir qrup etirazçı parlamentin önündə aksiya keçirib. Rəsmi xəbər agentliyinin məlumatına görə, etiraz edənlər Xəzər Finansal İnstitutuna pul yatıran müəllimlər olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: İran   Parlament   İnsident  





Xəbər lenti