Millidən qovulan Arda Turan: "Peşman deyiləm"
Arda Turan deyib: “Ölkəmi, bayrağımı, xalqımızı çox sevirəm. Hər dəfə “İstəsəniz, kənara çəkilə bilərəm” deyirdim. Artıq bu zamanın gəldiyini düşünürəm. Bu günədək birgə çalışdığım hər kəsə, o cümlədən komanda yoldaşlarıma, mənə dəstək olan ailəmə təşəkkür edirəm. Həyatım boyunca nə etmişəmsə, əvəzini ödəməyə hazıram və yenə ödəyəcəyəm. Həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün milli komandada karyeramı şərəflə yekunlaşdırıram”.
O, jurnalistə hücum etməsindən peşman olmadığını və özünü rahat hiss etdiyini bildirib. Futbolçu hər zaman belə hallara qarşı eyni reaksiya verəcəyini vurğulayıb.
Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə jurnalist Bilal Meşeni təhqir edib, onu vurmağa çalışıb.
AzVision.az
Teqlər: Arda-Turan