Ərəb dünyasında böyük siyasi qalmaqal - (VİDEO)

Ərəb dünyasında böyük siyasi qalmaqal - (VİDEO)
  05 İyun 2017    Oxunub:12556
Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik əlaqələri kəsib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək göstərməsidir.

Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qətər  





Xəbər lenti