“ABŞ-Rusiya münasibətləri ən aşağı səviyyədədir” Putin - (VİDEO)

“ABŞ-Rusiya münasibətləri ən aşağı səviyyədədir” Putin - (VİDEO)
  02 İyun 2017    Oxunub:2985
ABŞ və Rusiya münasibətləri “soyuq müharibə” dövründən də aşağı nöqtəyə düşüb.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin ölkəsinin ABŞ-la münasibətləri normallaşdırmağa davam edəcəyini və bunun hər iki ölkənin marağına cavab verdiyini söyləyib.

Rusiya prezident, həmçinin bildirib ki, onilliklər boyu formalaşan qarşılıqlı əməkdaşlığın təməli dağılıb: “Biz ikitərəfli münasibətlərin normallaşması üzrə ABŞ prezidenti Donald Trampla dialoqu davam etdirəcəyik. Amma uğur qazanmaq üçün hər iki tərəfin səyləri vacibdir. Eyni zamanda siyasi iradə də lazım olacaq”.



AzVision.az


Teqlər: Rusiya   ABŞ   Putin  





Xəbər lenti