Gürcüstan mətbuatı Kaladzeni "istefa"ya göndərdi - (VİDEO)

Gürcüstan mətbuatı Kaladzeni "istefa"ya göndərdi - (VİDEO)
  01 İyun 2017    Oxunub:3924
Gürcüstanın energetika naziri və Baş nazirin müavini Kaxa Kaladzenin vəzifəsindən istefa verməsi haqda məlumat yayılıb.
AzVision.az bildirir ki, bu barədə Gürcüstan mətbuatında özəl mənbələrə istinadən xəbər tirajlanıb.

Məlumata görə, Kaladze istefa ərizəsini ötən gün yazıb. Onun istefasının səbəbsiz olmadığı bildirilib. Kaladzenin paytaxt Tbilisidə keçiriləcək meri seçkilərində iştirak edəcəyi iddia edilib.

Gürcüstanın Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayaraq K.Kaladzenin istefa vermədiyini bəyan edib. Qeyd olunub, məlumat əsassızdır.



Hafiz Əhmədov
AzVision.az


Teqlər: Gürcüstan   Kaladze  





Xəbər lenti