"Borussiya"nın baş məşqçisi qovuldu
Daha öncə, Tuhelin klubun icraçı direktoru Hans-Yoahim Vatske ilə etdiyi davaya görə istefaya göndəriləcəyi iddia edilsə də, rəsmi məlumatda baş məşqçinin klub daxilindəki mübahisələrə görə yox, komandanın xeyiri üçün işdən çıxarıldığı açıqlanıb.
Qeyd edək ki, Dortmund klubu Tuheli vaxtından əvvəl istefaya göndərdiyi üçün ona 2.9 milyon avro təzminat ödəyəcək.
Kənan Məmmədov
AzVision.az