Mançesterdəki terroru İŞİD törədib: Ölü sayı artır (VİDEO) - YENİLƏNİB

Mançesterdəki terroru İŞİD törədib: Ölü sayı artır (VİDEO) - YENİLƏNİB
  23 May 2017    Oxunub:9366
Mançester şəhərində törədilən terror aktınına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İŞİD yaraqlıları videomüraciət yayıblar.

Məlumata görə, terror aktı bir nəfər tərəfindən törədilib. Ölənlər arasın uşaqların da olduğu bildirilir.

***

İngiltərənin Mançester şəhərində baş verən partlayış zamanı ölənlərin sayı artır.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, dəhşətli terror aktı zamanı 22 nəfər ölüb. Yaralıların sayının 59 olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.

***

İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib.

AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.

Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Terror   Mançester  





Xəbər lenti