İslamiada başa çatdı - Azərbaycan birincidir

İslamiada başa çatdı - Azərbaycan birincidir
  22 May 2017    Oxunub:5736
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları başa çatıb.
AzVision.az-ın məlumatına görə, stolüstü tennis üzrə kişi komandaları arasında final görüşündən sonra yarışa yekun vurulub.

Finalda İran komandası Türkiyə millisini 3:1 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bürünc medalı ilə Azərbaycan komandası qazanıb.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi Azərbaycan olub. Yığmamız 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162) birinci yeri tutub. 71 qızıl, 67 gümüş və 57 bürünc (cəmi 195) medal qazanan Türkiyə yarışın ikincisi olub. 39 qızıl, 26 gümüş və 33 bürünc (cəmi 98) medal qazanan İran isə IV İslam Həmrəyliyi Oyunlarında 3-cü yeri tutub.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 54 ölkədən 40-ı yarışlarda medal qazanıb. Yarışa qatılan 14 ölkənin komandası isə medal qazana bilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya isə 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Bu il Bakıda keçirilən yarışın qalibi komandamız oldu. 75 qızıl medal qazanan millimiz rekorda imza atıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərbaycan   Çempion   İslamiada  





Xəbər lenti