Qadın güləşçimiz finala çıxdı - Yenilənir
***
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilər mübarizəyə başlayıb.
48 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik 1-ci dövrədə əlcəzairli Xeyra Çaima Yahyaui ilə qarşılaşıb.
M.Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb - 10:0.
***
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarının sonuncu günündə qadın idmançılar mübarizəyə qoşulub.
Gün ərzində səkkiz çəki dərəcəsində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.
Azərbaycan bütün çəki dərəcələri üzrə yarışlarda təmsil olunur. Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) medallar uğrunda yarışlara qoşulublar.
Qadın güləşçilərin yarışlarında final görüşləri saat 18:00-da başlayacaq.
AzVision.az
Teqlər: İslamiada