İslamiada: Azərbaycan 134 medalla liderdir

İslamiada: Azərbaycan 134 medalla liderdir
  21 May 2017    Oxunub:2494
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səkkizinci günündə Azərbaycan medal siyahısında liderliyi davam etdirir.
Azərbaycan milli komandasının hesabında hazırda 134 medal (66 qızıl, 39 gümüş və 29 bürünc) var.

Gün ərzində Azərbaycan idmançıları 10 medal qazanıblar. Bu medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı sərbəst güləşçilərimiz yazdırıblar.

Sərbəst güləş yarışlarının ikinci günündə pəhləvanlarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

İslamiadanın səkkizinci günündə aktivinə 10 medal (4 qızıl, 2 gümüş və 4 bürünc) yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 172 medal (65-58-49) var.



AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti