Üç güləşçimiz qızıl medala doğru
Kamran Məmmədovun (66 kq) final görüşündə rəqibi Qırğızıstan təmsilçisi Janat Kyilbayev olacaq.
I Avropa Oyunlarının qızıl mükafatçısı Elvin Mürsəliyevin (75 kq) finaldakı rəqibi türkiyəli Furkan Bayrakdır.
İslam Abbasov (85 kq) həlledici görüşdə türkiyəli Ali Cengizlə qüvvəsini sınayacaq.
Sabah Şəriəti (130 kq) isə bürünc medal uğrunda Suriya güləşçisi Raja Alkradla görüşəcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz yarışın ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
AzVision.az