Altı boksçumuz final döyüşünə çıxır

Altı boksçumuz final döyüşünə çıxır
  18 May 2017    Oxunub:1703
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulacaq.
AzVision.az-ın məlumatına görə, Azərbaycanın 6 boksçusu qızıl medal uğrunda mübarizə aparacaq.

Kamran Şahsuvarlı (75 kq) həlledici döyüşdə qazaxıstanlı Tursunbay Kulahmetlə qarşılaşacaq.

Teymur Məmmədov (91 kq) finalda türkiyəli Burak Akşin ilə üz-üzə gələcək.

Cavid Çələbiyev (60 kq) finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

Tamerlan Abdullayev (69 kq) final görüşündə Özbəkistan təmsilçisi Bobo-Usman Baturov ilə döyüşəcək.

Rauf Rəhimov (81 kq) finalda türkmənistanlı Arslanbek Açilov ilə qarşılaşacaq.

Məhəmmədrəsul Məcidov (+91 kq) isə finalda Manaf Asaadla (Suriya) mübarizə aparacaq.

Qeyd edək ki, final görüşlərinə saat 16:00-da başlayacaq.

AzVision.az


Teqlər: Boks   İslamiada  





Xəbər lenti