Dörd taekvandoçumuz finala doğru

Dörd taekvandoçumuz finala doğru
  17 May 2017    Oxunub:1514
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 4 taekvandoçusu yarımfinala yüksəlib.
AzVision.az-ın məlumatına görə, qadınların mübarizəsində idmançımız Fəridə Əzizova (67 kq) 1/4 finalda iranlı Parisa Cavadikouçaksaraellə görüşüb. F.Əzizova rəqibi 10:4 hesabı ilə məğlub edib.

Digər qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberə 19:7 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Kişilərin yarışında 80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Milad Beigi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Maced Almabrukla qarşılaşıb. Rəqibini 21:2 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala yüksəlib.

Qeyd edək ki, bundan əvvəl 68 kq çəki dərəcəsində çıxış edən idmançımız Ayxan Tağızadə da yarımfinaldadır.

AzVision.az


Teqlər: Taekvando   İslamiada  





Xəbər lenti