İki güləşçimiz finala yüksəldi - Yenilənib

İki güləşçimiz finala yüksəldi - Yenilənib
  17 May 2017    Oxunub:2810
Azərbaycan güləşçisi finala yüksəlib.
IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda daha bir güləşçimiz finala yüksəlib.

AzVision.az -ın məlumatına görə, Orxan Nuriyev (98 kq) 1/4 finalda mübarizəyə qoşulub. Nuriyev rəqibi Pakistan təmsilçisi Rza Tayabı 9:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Güləşçimiz yarımfinalda Özbəkistan təmsilçisini 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

***
AzVision.az-ın məlumatına görə, güləşçimiz Rafiq Hüseynov(80 kq) da 1/4 finalda mübarizəyə başlayıb. O, Qırğızıstan təmsilçisi Azisbekov Atabeki 5:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşündə də qalib gələn R.Hüseynov finala yüksəlib.

AzVision.az


Teqlər: Güləş   İslamiada  





Xəbər lenti