Daha bir idmançımız qızıl medal qazandı

Daha bir idmançımız qızıl medal qazandı
  16 May 2017    Oxunub:1111
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb.
AzVision.az-ın məlumatına görə, 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub. Onun finaldakı nəticəsi 1:57.72 olub.

Gümüş və bürünc medallara müvafiq olaraq türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan sahib olublar.

AzVision.az


Teqlər: Baku-2017   İslamiada  





Xəbər lenti