Taekvandoçularımız mübarizəyə başlayır

Taekvandoçularımız mübarizəyə başlayır
  16 May 2017    Oxunub:1656
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.
AzVision.az-ın məlumatına görə, yarışların ilk günündə kişilər arasında 54, 58, qadınların mübarizəsində 46, 53, 57 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında dayanq üzərinə çıxırlar.

Təmsilçilərimizdən üçü bu gün, beşi mayın 17-də, dördü isə mayın 18-də mübarizəyə qoşulacaq.

Bu gün “Bakı-2017”də kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq) Umar İqballa (Pakistan), Fizam Mehtiyev (58 kq) isə özbəkistanlı idmançı Niyaz Pulatov ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində dörddəbir finaldan mübarizəyə qoşulacaq idmançılarımızdan Yaprak Eriş (57 kq) Pakistan təmsilçisi Farsin Hamdani ilə qarşılaşacaq.

Qeyd edək ki, İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 8-i kişi və 4-ü qadın olmaqla, ümumilikdə, 12 idmançı təmsil edəcək.

AzVision.az


Teqlər: Bakı-2017   İslamiada  





Xəbər lenti