Daha iki idmançımız medal qazandı
45 xallı Türkiyə təmsilçisi Nurbanu Özpak birinci, digər türkiyəli İzel Aydın isə 35 xalla üçüncü yeri tutub.
Eyni zamanda Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb. İdmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.
Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.
AzVision.az
Teqlər: Baku-2017