İdmançımız 3-cü qızıl medalı qazandı

İdmançımız 3-cü qızıl medalı qazandı
  15 May 2017    Oxunub:3196
Azərbaycan yığmasının üzvü 3-cü qızıl medalını qazanıb.
AzVision.az-ın məlumatına görə, idmançımız Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.

Bununla da Lunyov 3-cü qızıl medalını qazanıb.

Qeyd edək ki, R.Lunyov IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medal qazanan idmançımızdır.

AzVision.az


Teqlər: Atıcı   İslamiada  





Xəbər lenti