Azərbaycanlı atlet rekorda imza atdı
Toplam 219 kiloqramlıq (100+119 kq) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medalın millimizin aktivinə yazdırıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəki dərəcəsində birdən qaldırma üzrə bir, təkanla qaldırmada 2, toplamda isə 2 olmaqla ümumilikdə 5 rekordu yeniləyib.
Elnarə Abbasova birdən qaldırma hərəkətində 82, təkanla qaldırma hərəkətində isə 102 kiloqramı başı üzərinə qaldırıb. Toplam 184 kiloqram (82+102) nəticə göstərən atletimiz bürünc medala sahib olub.
AzVision.az
Teqlər: İslamiada