Fələstin yığması İslamiadaya gecikdi

Fələstin yığması İslamiadaya gecikdi
  14 May 2017    Oxunub:1943
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan kişi voleybolçuların turnirinin təqvimi dəyişdirilib.
Buna səbəb Fələstin yığmasının ölkəmizə gecikmə ilə gəlməsi olub.

İlk oyununa gecikən fələstinlilərin baş tutmayan ilk matçının yeni vaxtı təyin edilib. Türkmənistan – Fələstin qarşılaşması mayın 15-də saat 12:30-da başlayacaq. Mayın 17-də keçirilməli olan Fələstin – Pakistan görüşünün isə başlama vaxtı dəyişib. Oyun saat 10:00-da deyil, 14:30-da başlayacaq.

Oyunlarla bağlı qərar verən təşkilatçılar bilet alan azarkeşləri də nəzərə alıb. Fələstin – Pakistan qarşılaşmasının saatı dəyişsə də, satılan biletlər qüvvədə qalacaq. Baş tutmayan Türkmənistan – Fələstin matçına alınan biletlər isə dəyişdirilməlidir.

Tamaşaçılar ayın 13-də baş tutmalı olan matçın biletini kassalarda dəyişdirə bilərlər. Həmçinin biletləri geri qaytarmaq istəyində olanların arzusu da nəzərə alınacaq.

Qeyd edək ki, A qrupunda mübarizə aparacaq Fələstin yığmasının Azərbaycanla mayın 16-da, Türkiyə ilə isə 19-da baş tutmalı olan qarşılaşmalarının vaxtı dəyişməz qalıb. (APA)

AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti