Elmar Qasımov finala çıxdı - Yenilənib

Elmar Qasımov finala çıxdı - Yenilənib
  14 May 2017    Oxunub:4487
Cüdoçumuz Elmar Qasımov IV İslam Həmrəyliyi Oyunlarında ikinci görüşünü keçirib.
Təmsilçimiz Əlcəzair təmsilçisi Layes Buyaqubla qarşılaşıb. Cüdoçumuz ipponla rəqibinə qalib gələrək finala yüksəlib.

***

“Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov IV İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb.

100 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Elmar Qasımov türkiyəli rəqibi Ali Erdoğanı ipponla məğlub edərək yarımfinala çıxıb.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti