Karateçimiz yarışa qələbə ilə başladı
***
IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karatenin kumite və kata yarışlarına Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizəyə qoşulub.
Kumite yarışlarında ölkəmizi qadın idmançılardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edir.
Kata yarışlarında isə təmsilçimiz qadınlardan Neda Rezei, kişilərdən isə Roman Heydərovdur.
IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına bu gün yekun vurulacaq.
AzVision.az