Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib - FOTOLAR

Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib -
 FOTOLAR
  14 May 2017    Oxunub:2889
Xəbər verdiyimiz kimi, bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gimnastların yarışlarına baxıb.
Yarışlar başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib.

Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

“Bakı-2017”nin çempionu olan bədii gimnastika komandamızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.









AzVision.az


Teqlər: Mehriban-Əliyeva   İslamiada  





Xəbər lenti