Millimiz İslamiadanın qalibi oldu

Millimiz İslamiadanın qalibi oldu
  14 May 2017    Oxunub:1889
Bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.
Yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovanın iki yarış günü ərzində dörd hərəkətin (halqa, top, gürzlər, lent) cəmində göstərdiyi nəticə (128,200) komandamıza çempionluğu qazandırıb. Komandamız bu xalların 65,250-sini ötən gün top və halqa ilə yarışlarda toplayıb.

İkinci yeri Özbəkistan (123,850), üçüncü yeri isə Türkiyə (101.650) milli komandaları tutublar.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti