Azərbaycan İslamiadada liderdir - Yenilənib

Azərbaycan İslamiadada liderdir - Yenilənib
  14 May 2017    Oxunub:31890
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayına görə liderdir.
İdmançılarımız ilk oyun günündə 10 qızıl, 9 gümüş və 3 bürünc medal qazanıblar.

Azərbaycandan sonra növbəti pillədə 10 qızıl, 7 gümüş və 10 bürünc medalla Türkiyə qərarlaşıb. Üçüncü yerdə isə 2 qızıl, 6 gümüş və 5 bürünc medalla İndoneziya qərarlaşıb.



***
Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışının finalında qalib gələn Afaq Sultanova Azərbaycana doqquzuncu qızıl medalı qazandırıb.

57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.

***
Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar.

Kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.

Qeyd edək ki, Azərbaycan idmançıları bununla “Bakı-2017”də 7-ci qızıl medala sahib olub.

***

Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıb.

Karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Fəridə Abıyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Bununla da F.Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

Bundan əlavə IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində qalib cüdoçular müəyyənləşib.

Finalda Azərbaycan idmançıları Hidayət Heydərovla Rüstəm Orucov qarşılaşıb. H.Heydərov R.Orucova ipponla qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti