İki cüdoçumuz qızıl medal qazandı - Yenilənib

İki cüdoçumuz qızıl medal qazandı - Yenilənib
  13 May 2017    Oxunub:14232
Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində cüdo yarışlarının final mərhələsi baş tutub.
60 kq çəki dərəcəsində kişi cüdoçularının final görüşündə Azərbaycan çüdoçusu Orxan Səfərovun rəqibi Türkiyə təmsilçisi Özlü Bekir olub.

Cüdoçumuz rəqibinə qalib gələrək qızıl medala sahib olub.

***

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları ilk qızıl medalı qazanıblar.

Qızıl medalı komandamızın aktivinə Erdenebat Bazarraqça yazdırıb.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Bazarraqçanın rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

AzVision.az


Teqlər: İslamiada   Cüdo  





Xəbər lenti