Karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq
  13 May 2017    Oxunub:1383
IV İslam Həmrəyliyi Oyunlarının karate yarışında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Firdovsi Fərzəliyev yarımfinalda məğlub olub.
AzVision.az xəbər verir ki, karateçimiz yarımfinalda Türkiyə təmsilçisi Aykut Kayaya 0:1 hesabı ilə məğlub olub.

F.Fərzəliyev bürünc medal uğrunda görüşə çıxacaq.

Daha bir karateçimiz Niyazi Əliyev (67 kq) dörddəbir finalda Misir idmançısı Əli Elsaviyə 0:2 hesabı ilə məğlub olub.

AzVision.az


Teqlər: Karate   Bürünc  





Xəbər lenti