Üç kişi cüdoçumuz finalda

Üç kişi cüdoçumuz finalda
  13 May 2017    Oxunub:4962
"Bakı-2017"-də Azərbaycanın üç kişi cüdoçusu finala vəsiqə qazanıb.
AzVision.az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Nicat Şıxəlizadə yarımfinalda iranlı idmançı Əlirıza Kojasteni məğlub edib. Cüdoçumuzun finaldakı rəqibi Əlcəzair idmançısı Houd Zourdani olacaq.

Həmçinin 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinalda Qırğızıstan idmançısı Otar Bestayevi məğlubiyyətə uğradıb. Onun finaldakı rəqibi isə Türkiyə təmsilçisi Bəkir Özlü olacaq.

Eyni zamanda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Hidayət Heydərov yarışın finalına yüksəlib. Hidayət Heydərov yarımfinal mərhələsində özbəkistanlı Giyoscon Boboyevi ipponla məğlub edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Cudo   Bakı-2017  





Xəbər lenti